• question_answerinfo@dinamikocean.com
  • perm_phone_msg0502726633

Seçilmiş maddə - su

Su yeganə nemətdir ki, üç – bərk, maye və qaz formasına malikdir. Bundan başqa onun özündə bir sıra digər komponentləri, o cümlədən atom molekullarını da birləşdirmək xüsusiyyəti var.

Çox olsa da azdır

Planetin 75 faizi su ilə örtülüdür. Yer kürəsindəki suyun 97,5 faizini okean suları təşkil edir. Yalnız 2,5 faiz su təmizdir. Təmiz suyun 70 faizi buzlaqlarda cəmləşib.

Fərqli istilik tutumu

Suyun istilik tutumu xüsusiyyəti onun sənayedə istifadəsinə imkan verir. Məsələn, dəmirin 1 dərəcə qızdırılmasına eyni çəkidə olan suyun qızdırılmasına lazım olan enerjidən daha az enerji lazımdır.

Canlı orqanizmin mayesi

İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur. Qanımızın 92 faizi sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin isə 22 faizini də o təşkil edir.

Təmizlənməmiş sudan qaçın

Təmizlənməmiş su insanda baş verən xəstəliklərin 80 faizi üçün səbəb ola bilər. Qarın boşluğu xəstəliklərindən yaranan ölüm hallarının səbəbinin 88 faizini keyfiyyətsiz sudan istifadə təşkil edir.

Qənaətlə istifadə

İçməli suyun üçdə biri yalnız su borularındakı sızmalar səbəbindən insanlara çatmır. İnkişaf etməkdə olan ölkələrdə lazım olan suyun 40-50 faizi itkiyə gedir.